Çinin gizli peyki İrana belə yardım edib – Detallar məlum oldu

Çinin casus peyki ABŞ-nin ən həssas hərbi obyektlərini yüksək dəqiqliklə izləyib və məlumatları İrana ötürüb.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, peyk 2024-cü ilin sonlarında orbitə buraxıldıqdan sonra birbaşa İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Qüvvələrinin xidmətində olub.

İddialara əsasən, İran hərbi rəhbərliyi peykdən ABŞ-nin regiondakı əsas hərbi obyektlərini izləmək üçün aktiv istifadə edib. Əldə olunan görüntülərin mart ayında həyata keçirilən pilotsuz uçuş aparatları və raket hücumlarından əvvəl və sonra qeydə alındığı bildirilir.

Razılaşmaya əsasən, İran həmçinin Pekin mərkəzli Emposat şirkətinin qlobal yerüstü stansiyalar şəbəkəsinə çıxış əldə edib.

İddialara görə, peyk yalnız hərbi obyektləri deyil, eyni zamanda mülki və enerji infrastrukturlarını da nəzarətdə saxlayıb. Bunlar arasında:

TEE-01B peykinin yarım metrə qədər yüksək təsvir dəqiqliyinə malik olduğu bildirilir. Bu göstərici İranın yerli Noor-3 peykinin təxminən 5 metrlik imkanları ilə müqayisədə xeyli üstündür və texnikanın, nəqliyyat vasitələrinin detallı şəkildə müəyyənləşdirilməsinə şərait yaradır.\“AzPolitika.info”\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button