Azərbaycanda yeni “Uşaq Hüquqları haqqında” Qanunla əlaqədar bir sıra qanunlara dəyişikliklər təsdiq edilib.

Azərbaycanda “Uşaq Hüquqları haqqında” yeni qanun layihəsi əsasında hazırlanmış məcəllələrə və qanunlara dəyişikliklər təsdiq edilib.
Azərtac-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə və “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Evsizlik və yetkinlik yaşına çatmayanların cinayətkarlığının qarşısının alınması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli məlumatlardan qorunması haqqında” və “Media haqqında” qanunlara dəyişiklikləri imzalayıb.
Polise.az



