Sahibə Qafarova ilə Alen Simonyan əlaqələri davam etdirmək barədə razılığa gəlib – VİDEO

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.
Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
***
13:37
İstanbulda keçirilən görüşdə Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri Alen Simonyan və Sahibə Qafarova parlamentlərarası əlaqələri və ölkələrindəki əhval-ruhiyyəni yüksək qiymətləndiriblər və iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Polise.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib.
“Parlament sədrləri 2025-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüşdən sonra beynəlxalq təşkilatlar çərçivəsində parlament nümayəndə heyətləri arasında başlayan əlaqələri yüksək qiymətləndirib və bu əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan parlament sədrləri iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini vurğulayıblar”, – açıqlamada qeyd olunur.
***
12:59
Azərbaycan və Ermənistan parlament sədrləri arasında keçirilən görüş başa çatıb.
Polise.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
***
11:21
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü başlayıb.
Polise.az görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.






