Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası oldu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDX) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.

Polise.az Teleqraf-a xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən sosial media hesablarında məlumat verilib.

Nazir iclasda geniş yayılmış geosiyasi parçalanma və davam edən münaqişələr fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

 

***

V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Polise.az AZƏRTAC-a istinadla xəbər verir ki, toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

İclas üzv ölkələr tərəfindən “Ailə Məclisi” kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button