Metroda baş verən texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir

Aprelin 21-də baş verən texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, Bakı metrosunda saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.

“Metronun “Əhmədli–28 May” mənzili üzrə intervallar 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə, “28 May–Dərnəgül” və “28 May–İçərişəhər” mənzilləri üzrə isə 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə endirilib. Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir,” – deyə qurumdan bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button