Meloni Putinin G20 sammitinə dəvət olunması ideyasını tənqid edib

İtaliyanın Baş naziri Ciorcia Meloni Rusiyanın Prezidenti Vladimir Putin-in ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunması təşəbbüsünü tənqid edib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Meloni bu mərhələdə Putinin qarşı tərəfə addım atmasının daha məqsədəuyğun olduğunu bildirib.
“Hazırda biz onun (Putinin) qarşılıqlı addım atmasını istəməliyik, əksinə yox”, – deyə o qeyd edib.
Meloni həmçinin bildirib ki, ötən həftədən bəri ABŞ Prezidenti Donald Tramp ilə əlaqə saxlamayıb. Bununla belə, o, Vaşinqtonla münasibətlərin güclü olaraq qaldığını vurğulayıb.
Polise.az



