Trampın Türkiyəyə sanksiya tətbiqi: Baydenə görə?..

ABŞ-ın S-400-ə görə Türkiyəyə sanksiya tətbiq etməsi çox məntiqsizdir. Yunanıstan da Türkiyə kimi NATO ölkəsidir və onun da arsenalında S-300 var. Yəni bu səbəbdən sanksiya tətbiq etmək məntiqsizlikdir.

Bu sözləri axar.az-a politoloq Turab Rzayev ABŞ hakimiyyətinin S-400 komplekslərinə görə Türkiyəyə sanksiyalar tətbiq etməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, son dövrlər Türkiyənin dünya siyəsətində aparıcı rola malik olması, eyni zamanda hərbi sahədə günü-gündən güclənməsi bir çox Qərb ölkəsini narahat edir:

“Bunun ən bariz nümunəsi isə bu yaxınlarda Avropa Birliyində Türkiyə ilə bağlı təklif edilən qərəzli iqtisadi sanksiya paketidir.

ABŞ-ın S-400-ə görə Türkiyəyə sanksiya tətbiqi niyyəti isə tam fərqli bir məsələdir. Ümumiyyətlə, bu, heç də ABŞ-ın Türkiyəyə baxışı ilə əlaqədar deyil. Düşünürəm, bu, birbaşa Tramp-Bayden qarşıdurması ilə əlaqədardır. Yanvar ayında Baydenli bir ABŞ siyasəti bizi gözləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri öncəsi mediaya açıqlamasında bu məsələyə toxunaraq bildirdi ki, Bayden ilə yaxşı münasibətləri var, hətta ABŞ-ın yeni prezidenti onu xəstə ikən evində ziyarət belə edib. Bu mənada Ərdoğan və Türkiyə hər nə qədər ehtiyatlı davransa da, düşünürəm, Baydendən ümidlidir.

Tramp yanvar ayına qədər Baydenin başını ağrıdacaq işlər görməyə çalışır. Görünür, bu, Türkiyə-ABŞ münasibətlərində də müşahidə olunur”.

Hamısını Göstər

Related Articles

Back to top button