Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Polise.az



