Türkmənistan və TÜRKSOY 2026-cı il üçün planları müzakirə edib

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayevlə görüşüb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə 2026-cı il üçün Birgə İş Planının icrası və Türkmənistanın təşkilatla gələcək əməkdaşlığı perspektivləri müzakirə olunub.

Nazir TÜRKSOY-un türkmən mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Danışıqların yekununda tərəflər birgə mədəni və humanitar təşəbbüslərin təşkilata üzv ölkələrin xalqlarını bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də geniş dövlətlərarası dialoqun gücləndirilməsinə xidmət etdiyini təsdiqləyiblər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button