DİN aşkar olunan silah-sursatların sayını açıqladı

Mayın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tüfəng və 13 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button