Tramp: İran razılaşmaya getməsə, məhv olacaq

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılıq əldə etməyəcəyi təqdirdə “məhv ediləcəyini” iddia edib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri bildirib ki, Vaşinqton istəsəydi, hərbi əməliyyatları daha bir neçə həftə davam etdirə bilərdi.

“Əgər istəsəydik, əməliyyatları daha bir neçə həftə davam etdirərdik və hər şey bitərdi. Mən bunu İranla yaxşı münasibətləri olan bir çox liderin xahişi ilə dayandırdım”, – Donald Tramp deyib.

O əlavə edib ki, hazırkı vəziyyət artıq Tehran üçün ciddi dəyişiklik yaratmayacaq.

“Onlar ya razılaşma əldə edəcəklər, ya da məhv olunacaqlar”, – ABŞ Prezidenti vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button