Hakan Fidan Türkiyənin Avropa Birliyindən əsas gözləntisini açıqladı

Avropa Birliyindən əsas gözləntimiz Türkiyə ilə münasibətlərin və AB-yə üzvlük prosesimizin siyasi motivlərdən asılı olmayaraq həyata keçirilməsidir.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniyada səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan çıxış edib.
Onun sözlərinə görə, dövrün ruhu Türkiyə-AB münasibətlərinə daha real, strateji və nəticəyönümlü yanaşma tələb edir:
“Qeyri-qanuni miqrasiya ilə mübarizədən və regional təhlükəsizlikdən tutmuş enerji dəhlizlərinə və terrorizmə qarşı mübarizəyə qədər bir çox məsələlərdə güclü əməkdaşlığa ehtiyacımız var”.
Polise.az



