İran ABŞ-yə yeddi tələb irəli sürdü

İranın Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi son təklifdə Tehranın bir sıra tələbləri yer alıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Təkliflərə İranın uranın zənginləşdirilməsi hüququnun tanınması, Livan da daxil bütün cəbhələrdə müharibənin dayandırılması, ABŞ-nin dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin sərbəst buraxılması, müharibə zərərlərinin ödənilməsi, bütün sanksiyaların ləğvi və Amerika qüvvələrinin İran ətrafından çıxarılması daxildir.

Kazım Qəribabadi bu təkliflərin müzakirə prosesi və ya ABŞ-nin reaksiyası barədə əlavə təfərrüat verməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button