Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Prezidentin X sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.
Polise.az



