Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak oldu

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub”, – məlumatda deyilir.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button