Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Polise.az xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi nəzərdə tutulur:

– Əliyeva Aytən Heydər qızı – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

– Hüseynov Telman Qulaməli oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

– Nuriyev Elnur Aləm oğlu – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

– İsmayılzadə Fərid Sabir oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi

– Abdullayev Elşən Uğur oğlu – Şirvan Kommersiya Məhkəməsinin hakimi

– Hüseynov Elməddin Mirpaşa oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;

Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Mustafayev Etibar Mustafa oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu – Ağsu Rayon Məhkəməsinin hakimi.

 

Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Hacızadə Fəxri Hümmət oğlu – Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu – Lənkəran Rayon Məhkəməsinin hakimi.

Bundan başqa Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi nəzərdə tutulur.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button