Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi – YENİLƏNİB

Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.
Polise.az Moderator.az-a istinadən xəbər verir ki, sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı bacısı qızına qarşı təcavüz cinayətində şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
11:38
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Polise.az Modrator.az-a xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Polise.az



