Məişət zorakılığı ilə bağlı qaydalara dəyişiklik edildi

Nazirlər Kabineti məişət zorakılığı ilə bağlı qaydalarda dəyişiklik edib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 367 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qaydanın 6.4-cü bəndində yer alan “ictimai, siyasi və humanitar” sözləri “ərazi-təşkilat və ictimai-siyasi” sözləri ilə əvəz olunub.

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 10 dekabr tarixli “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanına uyğun olaraq qəbul edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button