İranla bağlı xoşagəlməz qərar verə bilərəm-Tramp

ABŞ Prezidenti Donald Tramp İranla müqavilə bağlamaq barədə hələ qərar vermədiyini açıqlayıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, “New York Post”a danışıb.
“Qərar verməliyəm: müqavilə imzalayaq, yoxsa başqa bir yol seçək? Digər yol xoşagəlməzdir”, – Tramp deyib.
Amerika lideri fərqli yol tutmaqla nəyə nail ola biləcəyi soruşulduqda belə cavab verib:
“Aydınlaşma. Hər şey bitmiş olardı. Heç bir cəfəngiyat, danışıqlar, gecikmə olmazdı, amma mən bunu sırf humanitar səbəblərdən yaxşı yolla etməyi üstün tutardım”.
Polise.az



