Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının final mərhələsində Ukrayna yığması ilə qarşılaşıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, Elşad Quliyevin yetirmələri rəqibi məğlub edərək Avropa çempionu olublar.
“Tipos Arena”da keçirilən həlledici görüşdə yığma komandamız 2:0 hesablı qələbə qazanıb. Millinin qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, Azərbaycan tarixində ikinci dəfə Avropa çempionatı kubokunu başı üzərinə qaldırıb.
Komanda daha əvvəl 2022-ci ildə eyni uğura imza atmışdı.
Polise.az



