“Bu gecə Tehran yanmalıdır”-Ben-Qvir

Yaxın Şərqdə gərginlik daha da artır, tərəflər arasında qarşılıqlı təhdidlər səslənməkdə davam edir.

Musavat.com xəbər verir ki, KİV-lərin yaydığı məlumata görə, İran tərəfindən İsrail istiqamətində dörd raket buraxılıb.

Məlumata münasibət bildirən İsrail rəsmisi Channel 14 telekanalına açıqlamasında “İsrail cavab verəcək” deyib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə sosial şəbəkədə daha sərt bəyanatla çıxış edib.

“Bu gecə Tehran yanmalıdır!” – deyə Ben-Qvir paylaşımında yazıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button