Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib – YENİLƏNİB-3

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
“Report”un məlumatına görə, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.
“Vətəndaş müqaviləsi” partiyasına 727,160 seçici səs verib.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94 %, iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4 % səs toplayıb.
Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib.
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90 %-i sayılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 %-ni qazanıb.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyalar bloku 23,31 % səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,78 % səslə üçüncü yerdə qərarlaşıb. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,2 % səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88 %-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1 199-da səslər sayılıb.
Qeyd edək ki, partiyalar üçün limit 4 %, bloklar üçün isə 8 % təşkil edir.
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 %-i hesablanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası bülletenlərin 50,31 %-i (742 857 səs) emal edildikdən sonra 51,03 % səs toplayıb.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,18 %-ni, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,51 %-ni və iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 4,18 %-ni toplayıb. Seçici fəallığı 58,97 % təşkil edib.
Bu arada Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı ilkin məlumatlara görə, Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası 57,14 % və ya 11.073 səs toplayıb.
“Report” xəbər verir ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 21,43 % və ya 4 152 səs, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 8,21 % və ya 1 590 səs, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 5,1 % və ya 988 səs toplayıb.
Seçici fəallığı 58,97 % təşkil edib.



