Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin ilə görüşüb.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə səfir “X” platformasında məlumat verib.
“Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdüm. Qardaş Azərbaycanı WUF13, 31-ci Bakı Enerji Forumu (BEF) və 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik etdim. Qardaşlıq əlaqələrimizi daha da genişləndirmək istiqamətində birlikdə irəliləməyə davam edirik”, deyə diplomat qeyd edib.




