Azovda gəmilərə hücum nəticəsində ölən Azərbaycan vətəndaşlarının cənazələri ölkəmizə gətirildi

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti məlumat yayıb.

“Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, iyunun 5-də Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərində dron hücumları olub. Nəticədə 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button