Baş Gömrük İdarəsində əməliyyat – Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.
Polise.az “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.
Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlarıdır.
İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.
Polise.az



