“Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetində İnsan Alveri ilə bağlı tədbir keçirib – FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetində (ADMİU) QHT-lərə Dövlət Dəstəyi Agentiliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimdə layihə rəhbəri, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev, layihə üzrə ekspert Aydın Kərimov,  Üniversitetin məsul şəxsi Eldar Məmmədzadə və tələbələr iştirak etmişlər. Təlimin keçirilməsində məqsəd incəsənət sahəsində çalışan vətəndaşların insan alveri ilə mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərin gücləndirilməsi və həssas qrupların vaxtında müəyyən edilərək qarşısının alınmasından ibarətdir.

 “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev,  Transmilli Mütəşəkkil Cinayətkarlığın İnsan alveri növünü doğuran səbəb və şəraitin aradan qaldırılması, bu cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, təqib, tərəfdaşlıq və mübarizə siyasətinin formalaşdırılması, iqtisadi amillərin, social və hüquqi məsələlərin – gender əsaslı zorakılıqların, qlobal böhranların insan alverinə zəmin yaradan səbəblər və XXI əsrin köləliyi barədə danışmışdır. O, vurğulayıb ki, insan alveri cinayətləri təsnifatına görə xüsusilə ağır cinayət kimi dünyada qlobal bir problemə çevrildiyindən , incəsənət sektorunda çalışan şəxslərin də, risklər barədə məlumatlandırılması potensial təhlükələrin vaxtında müəyyən edilməsinə və qarşısının alınması üçün səmərə verəcəkdir. Azərbaycan Respublikası DİN İnsan Alverinə Qarşı Mübarizə üzrə dövlət siyasətinin formalaşdırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənən fəaliyyəti cəmiyyətdə məmnunluq yaradır. Bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, QHT  sektorunda çalışan qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. O, iştirakçıları insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. Təşkilatın sədri həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik xarakterli maarifləndirici layihələr genişləndirilir. Layihə üzrə ekspert Aydın Kərimov isə çıxışında turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib. O da, qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır. Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button