Hakan Fidan “Ahıska türkləri – İtirilmiş sürgünün izləri ilə” sərgisinin açılışına qatıldı

Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda Dünya Ahıska Türkləri Assosiasiyası tərəfindən təşkil edilən “Ahıska türkləri – İtirilmiş sürgünün izləri ilə” sərgisinin rəsmi açılışında iştirak edib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, tədbir Atatürk Mədəniyyət Mərkəzinin İncəsənət Qalereyasında keçirilib.
Sərginin məqsədi Ahıska türklərinin üzləşdiyi sürgün və tarixi ədalətsizlik, onların haqlı mübarizəsi barədə daha geniş auditoriyaya məlumat çatdırmaqdır.




