Aİ İrana qarşı sanksiyaları ləğv etməyəcək-Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ və İran arasında hərbi əməliyyatların tamamilə dayandırılmasına baxmayaraq, Avropa Birliyinin İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmadığını açıqlayıb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Leyenə görə, Aİ-nin sanksiya tədbirləri iki əsas sahə ilə bağlıdır: insan haqlarının pozulması iddiaları və kütləvi qırğın silahları.

Fon der Leyen vurğulayıb ki, sanksiyaların mümkün yumşaldılması və ya ləğvi üçün Tehran hər iki istiqamətdə davranışda real dəyişikliklər nümayiş etdirməlidir.

O həmçinin qeyd edib ki, Avropa İttifaqı sanksiyalara dövlətlərin siyasətini dəyişdirməyə yönəlmiş təsir vasitəsi kimi baxır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button