Tramp: İranla müqavilə tam şəkildə imzalanıb

ABŞ Prezidenti Donald Tramp İranla müqavilənin tam şəkildə imzalandığını açıqlayıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Hörmüz boğazı iyunun 19-da tam şəkildə açılacaq.

Tramp ABŞ və İran arasında razılaşmaların imzalanmasından məmnun olduğunu bildirib: “İranla razılaşmadan çox məmnunam, çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir”.

İranla razılaşmada şəxsən iştirak edib-etməyəcəyinə dair suala Tramp konkret cavab verməyib: “Mən iştirak edə də bilərəm, etməyə də. Vitse-prezident Vens müqaviləni imzalamaq üçün gələcək. Biz razılaşmanın mətnini cümə günündən sonrakı gün açıqlayacağıq”.

ABŞ Prezidenti Tramp sonda əlavə edib: “İndi Rusiya-Ukrayna müharibəsinə baxacağıq. Mən Zelenski ilə danışdım və bu müharibə bitməlidir”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button