DİN-dən silah əməliyyatı – 2 pulemyot və 213 patron götürüldü

İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edib.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Polise.az



