ABŞ və İran nəyə razılaşıb? -Qətər və Pakistanın birgə BƏYANATI yayıldı

İsveçrədə baş tutan ABŞ-İran danışıqlarının nəticələri açıqlanıb.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, Pakistan və Qətər danışıqların birinci mərhələsinin başa çatmasından sonra birgə bəyanat yayıblar.

Bəyanata görə, aşağıdakılar qərara alınıb:

– Danışıqlar aparan nümayəndə heyətlərinin rəhbərlərinin hesabat verəcəyi yüksək səviyyəli komitənin yaradılması qərarı qəbul edilib.

– ABŞ və İran arasında yekun razılaşmanın hazırlanması üçün yol xəritəsi razılaşdırılıb və tərəflər arasında əlaqə xətti yaradılıb.

– Texniki qruplar həftənin sonuna qədər İsveçrənin Bürgenştok şəhərində bir sıra məsələlər üzrə məsləhətləşmələri davam etdirəcəklər.

– Danışıqlar aparanlar Livanda atəşkəsin təmin edilməsi də daxil olmaqla, münaqişələrin həlli üçün bir qrup yaratmaq barədə razılığa gəliblər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button