Bilgəhdə dənizdə batan 21 yaşlı oğlanın meyiti tapıldı

Xəzər dənizində batan gəncin meyiti tapılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button