Qazaxıstan Prezidenti “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur. Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi.
polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Müraciətdə deyilir: “Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib”.
Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.
Polise.az



