Pakistanın Baş naziri: Prezident Ərdoğan cəsarətli liderlik nümayiş etdirir

Prezident Ərdoğan Türkiyənin nüfuzunu gücləndirib, özünəinamını artırıb və müstəqil səsini gücləndirib. Hazırda Türkiyə qlobal miqyasda ən nüfuzlu ölkələrdən birinə çevrilib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
Onun sözlərinə görə, Türkiyə Pakistanın bölgədəki sülh səylərini qətiyyətlə dəstəkləyir: “Bu səylər İslamabadda sazişlərin imzalanmasına səbəb olub. İstər müharibə, istər zəlzələ, istərsə də daşqın kimi təbii fəlakətlərlə qarşılaşdığımız zaman türk xalqı həmişə bizim yanımızda olub”.
Polise.az



