NATO-nun sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq

ABŞ Prezidenti Donald Tramp sabah Türkiyədə başlayacaq NATO Zirvə Toplantısında Ukrayna ilə Rusiya arasında razılığa gəlmək üçün çıxış yolu axtaracaqlarını bildirib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsindən danışıb: “Biz NATO-ya gedəcəyik, məsələni müzakirə edəcəyik və düşünürəm ki, bunu edəcəyik”.
Tramp iki ölkə arasında müharibəni dayandırmaqda uğur qazanacağına ümid etdiyini təkrarlayıb: “Düşünürəm ki, Ukraynadakı müharibəyə son qoymağa çox yaxınıq. Həm Rusiya, həm də Ukrayna liderləri razılığa gəlmək istəyirlər”.
Rusiya-Ukrayna müharibəsinin əsas silahlarından olan PUA-nın önəminə toxunan Tramp deyib: “Kim düşünərdi ki, dronlar bu qədər böyük bir amilə çevriləcək? Onlar ağır texikaları sıradan çıxarırlar. Bu inanılmazdır. Bir ağacın arxasında gizlənirsən və o gəlib səni tapır. Və mən görmək istəmədiyim səhnələr görmüşəm, sənin də onları görməyini istəmirəm”.
Polise.az



