Müdafiə naziri bir qrup hərbi qulluqçunu təltif etdi – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.







