Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycana təşəkkür etdi

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana aparılıb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk sosial media hesabında paylaşım edib.

Vitse-spiker Ukraynanın müharibədən təsirlənmiş azyaşlı vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:

“Azərbaycanlı həmkarlarının təşəbbüsü ilə uşaqların bir müddət də olsa, dinc səmada yaşamaları və reabilitasiya keçmələri üçün yaradılan imkan yüksək qiymətləndirilir”.

Qeyd edək ki, iyulun 6-da daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların ümumi sayı 662-yə çatıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button