Tramp: Türkiyəyə F-35-lərin verilməsi ilə bağlı heç bir tərəddüdüm yoxdur

Türkiyəyə F-35-lərin verilməsi ilə bağlı heç bir çəkinəcəyim yoxdur.
Polie.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada jurnalistlərə açıqlamasında bildirib.
O, F-35 qırıcıları ilə bağlı məsələdə Türkiyəyə qarşı hər hansı bir tərəddüdünün olmadığını bildirib.
ABŞ lideri Türkiyənin son illərdə əldə etdiyi inkişafı da yüksək qiymətləndirib:
“Baxın, yollara baxın. Türkiyə öz ölkəsini çox güclü hala gətirib. Türkiyə hazırda mənim ilk prezidentlik dönəmimlə müqayisədə daha da güclüdür”.
Polise.az



