ABŞ İranda 80-dən çox hədəfə zərbə endirdi

ABŞ ordu qüvvələri Hörmüz boğazında 3 tankerə hücuma cavab olaraq, İrana ardıcıl zərbələr endirməyə başlayıb.

Polise.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

***

ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.

Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button