Bakıda ər arvadını güllələdi – YENİLƏNDİ – FOTO

Bakıda 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə əvvəlcə həyat yoldaşı 44 yaşlı Qəhrəmanova Amalyaya üç atəş açıb.
Polise.az-ın xəbərinə görə, daha sonra Z.Qəhrəmanov özünü güllələyib.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
17:10
Paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Polise.az-ın xəbərinə görə, ər ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Polise.az






