Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “D-8 Media Mükəmməlliyi Mərkəzinin Strateji Çərçivəsinin Təqdimatı” adlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.

“Azərbaycan D-8 ailəsinin tamhüquqlu üzvüdür. Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Biz təşkilatın fəaliyyətinə süsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Təhlil Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük”, – H.Hacıyev vurğulayıb.

O əlavə edib ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button