Sərhəddə toqquşma baş verdi
Qırğız Respublikasının Özbəkistan ilə sərhədində bir neçə yüz adamın iştirak etdiyi yerli sakinlərin toqquşması baş verib.
“RİA Novosti”yə istinadən xəbər verilir ki, toqquşma zamanı 20-dən çox qırğız xəsarət alıb.
Qeyd olunur ki, münaqişə su səbəbindən baş verib: sakinlər bulaqla bağlı razılığa gələ bilməyiblər.
“Hadisədən sonra 25 yaralı şəxs Aydarken şəhərindəki ümumi təcrübə mərkəzinə gətirilib” – Qırğız Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.