Regionlarda 6 yeni peşə mərkəzi yaradılacaq

Azərbaycanda altı regional peşə hazırlığı mərkəzinin yaradılması və fəaliyyətə başlaması planlaşdırılır.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Qeyd olunub ki, regionların iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndiriləcək.
Polise.az



