Məhkəmə Netanyahunun oğlunun məşhur yerli nəşrin jurnalisti barədəki iddiasını rədd etdi…

Qüds(“Yerusəlim”) Magistrat Məhkəməsi israil baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun (bu yaxınlarda adını “Yonatan Hon” olaraq dəyişdirib) ölkənin məşhur “Haaretz” nəşrinin müxbiri Uri Misqava qarşı qətimkan tədbiri tələbini rədd edib.
Polise.az xəbər verir ki, ölkənin digər, o cümlədən “Maariv” nəşrinin məlumatlarında belə deyilir.
Hakim qərarında bildirib ki, Misqavın nəşrləri “Netanyahunun oğlunun təqib olunduğu qənaətinə gəlmək üçün əsas ola bilməz – nə onların tezliyinə, nə də məzmununa görə”.
Hakim həmçinin bildirib ki, Yair Netanyahunun adının dəyişdirilməsi ilə bağlı nəşrlər qanunu pozmur və bu, “əhali reyestrində adını dəyişdirən hər kəs üçün gözlənilən nəticə kimi” nəzərdən keçirilməlidir.
Xatırladılır ki, Yair Netanyahu Uri Misqavın baş nazirin oğlunun Daxili İşlər Nazirliyinin əhali reyestrində adını rəsmi olaraq “Yonatan Hon” olaraq dəyişdirdiyi barədə məlumat dərc etməsindən sonra iddia qaldırıb. Baş nazirin oğlu iddia edib ki, bu, onun və onun həyatının izlənilməsi deməkdir.
Bu ayın əvvəlində keçirilən məhkəmə iclasından sonra Misqav hakimin “işi mahiyyəti üzrə araşdırdığını və prosesi tez bir zamanda başa çatdırmaq istəyinin aşkar olduğunu” bildirib. Jurnalistin sözlərinə görə, Yair Netanyahu qeydlərdən kənarda Ehud Barak və “Wexner” Fondundan bəhs edib. O, Misqavın “milyonlarla maliyyələşdirilən müşahidə sisteminin” bir hissəsi olduğunu iddia edib  və ona  ” “Abarbanel” psixiatriya xəstəxanasında müalicə almağı” təklif edib. Cavabında jurnalist də öz növbəsində Netanyahuya “iş tapmağı” məsləhət görüb…
S.Laçın
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button