Azərbaycanda altı ayda 15 mindən çox cinayət qeydə alınıb

Azərbaycanda bu ilin birinci yarısında 15 420 cinayət qeydə alınıb.

Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, qeydə alınmış cinayətlərin 90.7 faizinin açılması təmin edilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7 893 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 470-i prokurorluq orqanlarında istintaq edilib.

Həmçinin prokurorluq orqanları tərəfindən 269, digər istintaq qurumları ilə birlikdə isə ümumilikdə 5 511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button