İnsan alverinə qarşı QHT Koalisiyasından vətəndaşlara mühüm müraciət

İnsan alverinə qarşı QHT Koalisiyasından vətəndaşlara mühüm müraciət
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası cəmiyyəti rəqəmsal məkanda artan təhlükələr barədə məlumatlandırıb və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Koalisiyanın yaydığı məlumata görə, son dövrlər sosial media platformaları — Instagram, Facebook, TikTok, Telegram, WhatsApp və digər şəbəkələr üzərindən iş, evlilik, təhsil və xaricdə məşğulluq vədləri ilə insanların aldadılması halları müşahidə olunur. Bu cür fırıldaqçılıq sxemlərinin bəzi hallarda insan alverinə gətirib çıxardığı bildirilir.
Təşkilat vurğulayır ki, belə vəziyyətlə üzləşən şəxslər utanmamalı və ya “tələyə düşdüyünü” düşünərək susmamalıdır. Şübhə yarandığı andan Koalisiyaya müraciət etmək tövsiyə olunur.
Müraciət edənlərə tam məxfilik zəmanəti verilir, ödənişsiz məsləhət və psixoloji dəstək göstərilir, həmçinin təhlükəli vəziyyətdən təhlükəsiz çıxış yolu tapmaqda köməklik edilir.
Əlaqə vasitələri:
– WhatsApp: 055 888 10 18
– DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi: 152
Koalisiya bir daha vurğulayır ki, şübhə yarandığı andan dərhal müraciət vacibdir.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button