İxtisas seçimi avqustun 10-dan sonra başlanacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminin avqustun 10-dan sonra başlanacağı gözlənilir.
Polise.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
“Adətən ixtisas seçimi imtahan nəticələri tam elan olunduqdan sonra avqustun 10-dan sonra başlayır”, – o bildirib.
Polise.az



