Paşinyan hökumətin sonuncu iclasını keçirdi – “İstefaya gedirik”

“Bu tərkibdə hökumətimizin sonuncu iclasıdır”.

Polise.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bazar günü Milli Məclisin 9-cu çağırışının təşkili münasibətilə istefa verəcəyik, bundan sonra Ermənistan Respublikasının Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi Baş nazir təyin edəcək”, – hökumət başçısı bildirib.

O əlavə edib ki, bundan sonra təyin ediləcək yeni Baş nazir yeni hökuməti formalaşdıracaq.

Xatırladaq ki, Nikol Paşinyanın sədri olduğu hakim “Vətəndaş Müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gələrək, təkbaşına hökumət qurmaq hüququ qazanıb. Partiyanın baş nazirliyə namizədi Nikol Paşinyandır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button