Azərbaycanda “Yayılması qadağan edilən informasiyaya nəzarət” sistemi yaradılacaq

Azərbaycanda “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sistemi yaradılacaq.

Polise.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Bildirilib ki, Nazirlər Kabineti yayılması qadağan edilən informasiyanın süni intellekt texnologiyaları və digər texniki vasitələrin köməyi ilə avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması barədə təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Layihənin texniki tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icra edəcək, Maliyyə Nazirliyi isə sistemin qurulması və saxlanması xərclərini maliyyələşdirəcək.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button