İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib.
Polise.az xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Nəriman Həsənzadə l Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq şairi ötən gün gecə saatlarında 95 yaşında vəfat edib.
Polise.az



